“Milli dövlətçilik və gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib

“Milli dövlətçilik və gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında “Milli dövlətçilik və gənclər siyasəti” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan NDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Arzu Abdullayev gənc nəslin vətənpərvər ruhda yetişdirilməsinin hər bir ölkə üçün ən başlıca məsələ olduğunu vurğulayıb. Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı irəli sürdüyü ideyaları və prinsipləri Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. “Gənclər siyasəti Ulu öndərin həyata keçirdiyi siyasətin əsas tərkib hissəsini təşkil edirdi. Bu gün dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiriliməkdədi” deyə Arzu Abdullayev vurğulayıb.

Diqqətə çatdırılıb ki, dövlətimizin həyata keçirdiyi siyasət nəticəsində gənclərimizin inkişafı və fəaliyyətlərinin stimullaşdırılması üçün münbit şərait yaradılıb. Azərbaycan gəncliyinin üzərinə düşən ən ümdə vəzifə onlar üçün yaradılmış sağlam mühitdən yararlanmaq, dövlətimizin mənafeyini layiqli vətəndaş kimi müdafiə etməkdir.

Tədbirdə daha sonra iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqədar olaraq müzakirələr aparılıb.

Leave a Reply

Your email address will not be published.