
“Milli musiqimizin davamçıları: Naxçıvan Musiqi Kollecində Milli Musiqi Günü qeyd edilib”
Tədbirdə, əvvəlcə Milli Musiqi Gününə həsr edilən, tələbələrin rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.
Sonra tədbirin bədii hissəsində Kollecin direktoru, Əməkdar müəllim Məhəbbət Babayeva çıxış edərək 1995-ci ildə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Naxçıvan Musiqi Kolleci, Milli Musiqi Günündə Azərbaycanın zəngin musiqi və sənət ənənələrini qeyd etmək və təbliğ etmək məqsədilə müxtəlif tədbirlər təşkil edir. Kollecin tələbələri bu gün də ənənəvi musiqi alətləri ilə ifaçılıq edir və milli musiqi əsərlərini səsləndirir. “Bu ənənələr və əsərlər, Azərbaycan musiqi tarixindən gələn zəngin və dəyərli mənbələrdən biridir və geniş auditoriyaya təqdim edilməsi, bu mənbələrin yaşadılması və davam etdirilməsi məqsədilə böyük önəm kəsb edir” deyə direktor vurğulayıb.
Əməkdar müəllim Səmirə Hüseynova çıxışı zamanı bildirib ki, Üzeyir Hacıbəyov, Azərbaycanın ən böyük və tanınmış musiqi tədqiqatçılarından biridir. İçində həm klassik, həm də xalq musiqisi üçün böyük əsərlərin yaranmasında xüsusi rol oynamış sənətkar özünün yaratdığı musiqi əsərləri ilə Azərbaycanın musiqi mirasına dəyərli əlavələr edib. “Milli Musiqi Günü kimi tədbirlər, onun kreativliyini və Azərbaycan musiqisinin zənginliyini qoruyub saxlamağa və böyük sənətkarın vəfatından sonra da onun əsərlərini və mirasını yaşatmağa kömək edir” deyə vurğulanıb.
Daha sonra Milli Musiqimizin davamçılarının ifasında Üzeyir Hacıbəylinin, Cahangir Cahangirovun, Səid Rüstəmovun və Nazim Əliverdibəyovun əsərlərindən ibarət musiqi nömrələri səsləndirilib.