Mirhəsən Seyidəli oğlu Eminov                                                              

 pedaqogika üzrə fəlsəfə doktoru, dosent                                                                                        

 

                             Mən, Eminov Mirhəsən Seyidəli oğlu 1943-cü  ildə Şərur rayonunun Yuxarı Yaycı kəndində müəllim ailəsində anadan olmuşam. İlk təhsilimi Yuxarı Yaycı kənd  7-illik məktəbində almışam. Bu məktəbi bitirdikdən sonra Naxçıvan Kənd Təsərrüfatı texnikumuna daxil olmuşam. Texnikumu bitirdikdən sonra Bakı şəhərinə getmiş və  S.M. Kirov adına parkda ixtisasım üzrə işləmişəm.

1963-ci ildə  M.F. Axundov adına Azərbaycan  Pedaqoji Dillər İnstitutuna (indiki Azərbaycan  Dillər Universiteti) daxil olmuş və 1971-ci  ildə həmin institutu ingilis dili   ixtisası üzrə bitirmişəm.                                                                                                      1964-1967-ci illərdə ordu sıralarında xidmət etmişəm. 1966-cı ildə  “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin İyirmi İlliyi” yubiley medalı ilə təltif olunmuşam.

1969-1970-ci dərs ilində Bakı şəhərinin 99 saylı orta məktəbin rus sektorunda ingilis dili müəllimi işləmişəm. 01sentyabr 1971-ci il tarixdən Şərur rayonunun Aşağı Yaycı və Yuxarı Yaycı kənd orta məktəblərində ixtisasım üzrə müəllim, 12 sentyabr 1990-cı il tarixdən  31 avqust 2001-ci il tarixə qədər Aşağı Yaycı kənd orta məktəbində direktor vəzifəsində işləmişəm.

1986-cı il tarixdə  səmərəli pedaqoji  fəaliyyətinə  görə SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə  Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşəm. Azərbaycan müəllimlərinin VII qurultayının nümayəndəsi, 1988-ci ildə Xalq təhsil işçilərinin  Respublika konfransının nümayəndəsi olmuşam.

“Xalq maarif əlaçısı”  döş nişanı ilə təltif edilmiş və mənə  Naxçıvan MR Təhsil Nazirliyi tərəfindən “Metodist müəllim” adı verilmişdir. 01sentyabr 2001-ci il tarixdən Ali Diplomatiya Kolleci Naxçıvan Bölməsində ixtisasım üzrə müəllim, 25 avqust 2003-cü ildən Naxçıvan Dövlət Universitində  müəllim,  14 yanvar 2009-cu ildən baş məllim vəzifəsində çalışmışam. 14 aprel 2006-cı il tarixdən işlədiyim  kafedrada müəllim saxlanılmaqla Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinə tədris işləri üzrə dekan müavini vəzifəsinə təyin edilmişəm.

2007-ci ildə Naxçıvan Dövlət Universitetinin  Dissertasiya   Şurasında namizədlik dissertasiyası müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru  elmi dərəcəsi almışam.

2007-ci ildə  Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunmuşam.

2010-cu ildə   Avropa Birliyi  “Tempus” layihəsi çərçivəsində  İngiltərənin  Esseks universitetində idarə heyəti tərkibində  kursda olmuşam.

2016-cı ilin noyabr ayında  Cexiya Respublikasının Olomouc  şəhərində “Erasmus+” layihəsi üzrə ezamiyyətdə olmuşam.

Azərbaycan Respublikasının Prezidenti Yanında  Ali Attestasiya Komissiyası  27 dekabr  2013-cü il tarixli qərarı ilə mənə İngilis dili  kafedrası üzrə dosent  elmi adı verilmişdir.

“İngilis dili və metodika “kafedrasının müdiri olaraq daim tələbkar və qayğıkeş müəllim kimi işləməyə çalışıram. Tədris prosesində  kafedranın müəllimlərinə  İKT vasitələrindən səmərəli istifadə etməyin yollarını həm öyrənməyi və həm də öyrətməyi tövsiyə edirəm. Onlara ixtisaslarını təkmilləşdirməklə yanaşı,  pedaqoji və psixoloji elmlər üzrə  biliklərini  artırmağı, dərslərimdə həmişə Power Point proqramı ilə hazırlanmış slaydlardan istifadə etməyi məsləhət görürəm.  YAP-ın üzvüyəm.

40-dan çox elmi-metodik  məqalənin, “Təlimdə fəallıq”  kitabının,  “İngilis dilinin tədrisi metodikası” fənni üzrə proqramın və həmin proqram əsasında Power Pointlə işlənmiş tədris vəsaitinin müəllifiyəm. Qeyd olunan tədris vəsaiti Avropa Birliyi “Tempus” layihəsi çərçivəsində təkrar nəşr  olunmuşdur. 2017-ci ildə Naxçıvan Dövlət universitetielmi Elmi Şurasının qərarı ilə “Şəxsiyyətyönümlü təhsil və müasir Azərbaycan vətəndaşı” kitabım nəşr olunub. Həmin ildə “Xarici dilin tədrisində İKT-nin tətbiqi” (MİF-B 04.01) fənni üzrə  proqram nəşr etdimişəm.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi ilə əlaqədar olaraq təhsil sahəsində səmərəli fəaliyyətimə Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı ilə təltif olunmuşam.

Hal-hazırda  Naxçıvan  Dövlət Universitetinin Magistratura fakültəsində   “İngilis dilinin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə dərs deyirəm.

Pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almaq üçün “Pedaqoji prosesdə təhsilin şəxsiyyətyönümlü məzmunundan istifadə etməklə vətəndaş yetişdirməyin nəzəriyyəsi və təcrübəsi” (5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi) mövzusunda dissertasiya üzərində işləyirəm.

Dərc olunmuş elmi əsərlər:

  1. Engilish. Kitab. Bakı: Elm, 2004, 132 s.
  2. Təlimdə fəallıq. Monoqrafiya. Naxçıvan: “Məktəb” nəşriyyatı, 2009, 166 s.
  3. “İngilis dilinin tədrisi metodikası” (bakalavr hazırlığı üçün). Proqram. Bakı: Poliqraf MMC, 2011, 27 s.
  4. “İngilis dilinin tədrisi metodikası” fənninin təd­risində İKT-nin tətbiqi təcrübəsindən (müx­təsər izahlar və slaydlar). Metodik vəsait. Naxçıvan: “Məktəb”

nəşriyyatı, 2013, 244 s.

  1. “İngilis dilinin tədrisi metodikası” fənninin təd­risində İKT-nin tətbiqi təcrübəsindən (müx­təsər izahlar və slaydlar). Metodik vəsait. Bakı: 2013, “Temps” layihəsi

çərçivəsində nəşr olunmuşdur. 139 s.

  1. Şəxsiyyətyönümlü təhsil və müasir Azərbaycan vətəndaşı. Monoqrafiya. Bakı: ADPU-nəşriyyatı, 2017, 165 s.
  2. Xarici dilin tədrisində İKT-nin tətbiqi. (MİF-B 04.01) fənni üzrə proqram. Proqram. Naxçıvan: Əcəmi, 2017, 16 s.
  3. Fənlərin tədrisi prosesində milli tərbiyə. Konfrans materialı. Naxçıvan Özəl Universiteti. “Müasir dövrdə milli tərbiyə sisteminin aktual problemləri” adlı elmi

konfransın materialları. Bakı: Nurlan, 2001. s. 34-35

  1. İngiliscədən azərbay­can­caya tərcümənin bəzi məsələləri (antonimal tərcümə). Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2002, № 9. s. 121-122
  2. NAR-within Azerbaijan cooperates. Məqalə. University of Washington. Global Business Irwin McGraw-Hill. 2002, s.87-89
  3. Xarici dil dərslərində müəllim fəaliyyəti və dərsin planlaşdırılması. Məqalə. Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyətinin, təbii sərvətlərinin öyrənilməsi.

Bakı: Elm, 2004. s. 500-504

  1. Xarici dillərin kommuni­kativ məqsədlə tədrisində müəllim fəallığının rolu. Məqalə. Pedaqoji Universitetin Xəbərləri, Bakı: ADPU, 2004, №4. s. 518-521
  2. Öyrədən və öyrənənlərin fəallıq dərəcəsində tərs mütənasiblik qanununun mahiyyəti. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2004, №14. s. 59-60
  3. Dərsdə müəllim və şagird fəallığı dərəcəsinin tərs mütənasibliyi qanununun mahiyyəti. Məqalə. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2005, №2. s. 77-79
  4. Müəllim fəallığı ilə şagird fəallığı arasındakı asılılıq­da olan qanunauyğunluq­lar məsələsinin ədəbiy­yat­da qoyuluşu. Məqalə. Naxçıvan Müəllimlər İnstitutunun

Xəbərləri,  2006, №3(7). s.106-108

  1. Müəllim fəallığı ilə şagird fəallığı arasındakı qarşılıqlı asılılıqda olan qanunauyğunluqların məktəb təcrübəsində nəzərə alınması vəziyyəti. Məqalə. Naxçıvan

Müəllimlər İnstitutunun Xəbərləri, 2006, №4(8). s. 86-88

  1. Müəllim fəallığı ilə şagird fəallığı arasındakı qarşı­lıq­lı əlaqədə olan qanu­na­uyğunluqların tədqiq edil­mə­sinin zəruriliyi haqqında. Məqalə. Azərbaycan Dövlət

Pedaqoji Universitetin Xəbərləri, 2006,  № 4. s.137-140

  1. Təlimdə müəllim fəallığı ilə şagird fəallığı arasındakı qarşı­lıq­lı asılılıqda olan qanu­na­uyğunluqlarla əlaqədar aparılan eksperinemtlər haqqında. Məqalə. Naxçıvan

Dövlət Universitetinin Elmi əsərləri, 2007, № 1. s. 285-288

  1. Some Reflections about a Good Teacher. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2009, №3 (28). s.130-134
  2. Ağılın gücü və ya Franklin usulu ilə tərbiyə. Məqalə. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri, 2010 № 2 (22) . s. 33-37
  3. Təlimdə İKT -nın tətbiqi günün tələbidir. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri, 2010, №1. s.173-176
  4. Some Reflection about a Good Teacher. Məqalə. Al- ENSANIAT Bulletin of Faculty of Arts Allexandria University Damanhour Branch, October 2010, Vol.

№35. s.17-27

  1. Integration of ICTs in Teacher Education. Various technophile or technophobic discourses. Simpo­zi­um materialı. Naxçıvan Dövlət Universiteti. Elektron

Naxçıvan -5. Bey­nəl­xalq simpoziumun materialları (25-26 iyun 2010-cu il). s. 57-63

24.Tədrisin keyfiyyətinin yük­səldilməsində peda­qo­ji innovasiya­­ların rolu. Məqalə. Pedaqoji Universitetinin Xəbərləri, 2011,  №1. s. 269-273

  1. Pedaqoji elmin inkişafında milli pedaqogikanın rolu. Məqalə. Naxçıvan Müəllimlər İnstitutu­nun Xəbərləri. 2011, №1(25), s. 10-13
  2. Nizami Gəncəvinin elm və təlim- tərbiyəyə dair fikirlərində müasirlik. Məqalə. Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. 2011, №4(28), s. 36-40
  3. Роль педагoгических инноваций в повышении качества обучения. Konfrans materialı. Iнновацıйна Освıтня Дıя­ль­нıсть: Регıонфльнı Аспекти Тези

Мiжнародноi Науково – проктичноi коnфеrnцii (14-15 кbimня 2011 р.)  Бiлa Церква,  2011, s. 14-15

  1. Azərbaycanda milli pedaqogikanın ilkin qaynaqları. Məqalə. Naxçıvan Dövlət Universiteti Elmi əsrləri, 2012, № 2(46), s. 203-206
  2. Təhsildə qloballaşma və innovativ yanaşmalar. Məqalə. Azərbaycan Dillər Univer­si­tetində Avropa Birliyi “Tem­pus” layihəsi çərçivəsində nəşr olunmuşdur. Ali

məktəbdə xarici dilin tədrisi: reallıqlar və perspektivlər.  Bakı: 2013,  s.30-39

  1. Qloballaşma və müasir təlim texnologiyalarının tətbiqi problemləri. Məqalə.Naxçıvan Müəllimlər İnstitutunun Xəbərləri. cild: 9 2013, №4, s. 20-24
  2. Globallaşan dünya və müasir pedaqoji texnologiyalar. Konfrans materialı. Müasir təlim metodları və yeni pedaqoji texnologiaların təlim-tərbiyə prosesində tətbiqi

mövzusuna həsr edilmiş Respublika konfransının materialları, NMİ – 2013, s.71-75

  1. Pedaqoji anlamda şəxsiyyət və zamanın tələbləri. Məqalə. Təhsil problemləri İnstitutunun Elmi əsərləri. 2014, №1, s. 7-11
  2. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası  mil­li təhsilimizin gələcəyini  müəyyənləşdirən  konseptual  sənəddir. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi

əsrləri. 2014, №5(61), s. 214-218

  1. Ümumi təhsil sistemində məzmun islahatı: nəzəri və əməli problemlər. Məqalə. Təhsil problemləri İnstitutunun Elmi əsərləri. 2014, №3, s. 11-15
  2. «Государственная стратегия по развитию образования» – кон­сеп­туальный документ, определяющий бу­ду­щее национального образования. Məqalə.

Педагогıчнı науки. Збıрник наукових праць. Полтава 2014, № 60,  s.70-75

  1. Təhsilin inkişafı üzrə Dövlət Strategiyası layiqli vətəndaş və şəxsiyyət yetişdirməyi hədəfləyən  konseptual  sənəddir. Konfrans materialı. Naxçıvan Muxtar

Respublikasının 90 illik yubileyi ilə əlaqədar “Təhsil kurikulumları: nəzəri problemlər” mövzusunda keçirilmiş Respublika konfransının materialları,  (15 aprel

2014), s. 148-151

  1. Mənəvi-əxlaqi dəyərlərin şagird şəxsiyyətinin formalaşmasında rolu. Konfrans materialı. “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı”

mövzusunda Beynəlxalq Elmi Konfransın materialları, Bakı: 5-6 dekabr 2014,  s. 172

  1. Ümumitəhsilin məzmununun modernləşdirilməsi şəxsiyyətyönümlü təhsilin mühüm vasitəsi kimi. Konfrans materialı. “Tədris prosesinin təkmilləşdirilməsi və

müasir təhsil konsepsiyaları” mövzusunda beynəlxalq elmi konfransın materialları. Naxçıvan şəhəri, 16-17 dekabr 2014, s. 40-41

  1. Kurikulum islahatı: şəxsiyyətyönümlü təhsilin məzmununa verilən tələblər. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsrləri, 2015, №1(66), s. 237-240
  2. Təhsil standartlarinda şəxsiyyətyönümlük: problemin qoyuluşu və əsas prinsipləri. Məqalə. Pedaqoji Universitetin Xəbərləri, Bakı: 2015, № 2, s. 340-343
  3. Şəxsiyyətyönümlü kurikulumlar: problemlər və onların həlli yolları. Konfrans materialı. Naxçıvan Müəllimlər İnstitutu “Təhsil kurikulumları: praktik tətbiqlər”

mövzusunda keçirilmiş Respublika  konfransının materialları (24 aprel 2015),  s.103-107

  1. Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti. Konfrans materialı. Naxçıvan Müəllimlər İnstitutu. Heydər Əliyev-92 “Müasir təlim metodları və yeni pedaqoji

texnologiyaların təlim-tərbiyə prosesində tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları (05 may 2015). s. 3-7

  1. Şəxsiyyətyönümlü təhsildə infrastruktur komponentlərinin rolu və əhəmiyyəti. Konfrans materialı. “Azərbaycanda təhsil quruculuğunun prioritetləri: müasir

yanaşmalar”mövzunda  Beynəlxalq elmi konfransın materialları. Naxçıvan: 5-6 iyun 2015-cı il. Bakı: Mütərcim, 2015, s. 37-39

  1. Nəsirəddin Tusinin “Əx­laqi-Nasiri” əsəri milli pedaqogikanın ilkin qaynaqlarından biri kimi. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsrləri, Naxçıvan:

Qeyrət, 2016, № 6(74), s. 78-83

  1. Təhsilin şəxsiyyətyönümlü məzmunu və məktəblilərin vətəndaşlıq tərbiyəsi. Konfrans materialı. Naxçıvan Müəllimlər İnstitutu “Təhsil kurikulumları: praktik

tətbiqlər”mövzusunda keçiril­miş Respublika konfransı (13 aprel 2016). s. 53-60

  1. Heydər Əliyevin elm və təhsil siyasəti. Konfrans materialı. Naxçıvan Müəllimlər İnstitutu. “Müasir təlim metodları və yeni pedaqoji texnologiyaların təlim-

tərbiyə prosesinə tətbiqi” mövzusuna həsr edilmiş elmi-praktik konfransın materialları (04 may-2016). s. 32-37

  1. Müasir elmi yanaşmalar baxımından şəxsiyyətyönlü təhsilin vətəndaş yetişdirmək imkanları. Konfrans materialı. Azərbaycanda təhsil siyasətinin prioritetləri:

müasir yanaşmalar. Beynəlxalq elmi konfransın materialları. Naxçıvan şəhəri, 25 noyabr 2016-cı il, s. 28-29

  1. İbtidai siniflərdə milli-mənəvi və ümumbəşəri dəyərlər əsasında şəx­siy­yətyönümlü təhsilin məzmunundan istifa­dənin səmərəli yolları. Məqalə. Naxçıvan Dövlət

Universitetinin Elmi əsrləri, 2017, №1(82), s.164-169

  1. Milli-mənəvi dəyərlər və orta məktəbin II sinfində şəxsiyyət­yö­nümlü təhsilin məz­munundan istifadənin səmərəli yolları. Məqalə. Azərbaycan Respublikasının

Təhsil İnstitutu Elmi əsərləri,  cild 84, 2017, №4, s. 29-34

  1. The role of person-oriented content of education in general secondary school. Məqalə. Naxçıvan Dövlət Univer­si­te­tinin Elmi əsrləri, Naxçıvan: Qeyrət, 2017, №5

(86), s. 11-16

  1. Effective ways of using the person-oriented content of education in general secondary school. Məqalə. Transylvanian Review, TR-2017-04-011108, s. 5849-

5855

  1. Current problems of methodology of teaching English as a foreign Language. Konfrans materialı. Xarici dillərin tədqiqi və tədrisinin aktual problemləri.

Beynəlxalq elmi konfransın materialları. Naxçıvan: 2017, s. 18-20

  1. Sinifdənxaric və məktəb­dənkənar tədbirlər zamanı şəxsiyyətyönümlü təhsilin tərbiyələndirici imkanla­rın­dan istifadə etməklə və­təndaş yetişdirməyin əsas

istiqamətləri. Məqalə. Naxçıvan Dövlət Universitetinin Elmi əsrləri, Naxçıvan:  2018, №5 (94),  s.3-7

  1. Şəxsiyyətyönümlü təhsillə bağlı elektron dərsliklərin, tədris resurslarının, planşetlərin yaradılması vəziyyəti. Məqalə. Azərbaycan Respublikasının Təhsil

İnstitutunun Elmi əsərləri.  cild 85, 2018, №4, s. 207-211

  1. Dərnək məşğələlərində və maraq kurslarında şəxsiy­yətyönlü təhsilin tərbiyə­ləndirici imkanlarından istifadə etməklə vətəndaş yetişdirməyin formaları. Məqalə.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Elmi əsərləri,  cild 86. 2019, №1, s.76-80

  1. Naxçıvan Muxtar Respublikasının tam orta məktəblərində şəxsiyyətyönümlü təhsilin tətbiqinin səmərəli yolları. Konfrans materialı. Naxçıvan Muxtar Respub­li­

kasının 95 illik yubileyinə həsr olunmuş respublika elmi kon­fransının materialları. Nax­çı­van: Qeyrət, 2019, s. 167-170

  1. Şəxsiyyətyönümlü təhsil və təlimin STEM modeli. Məqalə. Naxçıvan Dövlət Universiteti Elmi əsrləri Naxçıvan: 2019, №5 (102), s. 127-129