Mirvasif Adil oğlu Seyidov
Baş müəllim
1959-cu ildə Naxçıvan MR Şahbuz rayonunun Kükü kəndində anadan olmuşdur. 1981-1986-cı ildə Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakultəsində baytarlıq ixtisası üzrə ali təhsil alaraq, həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Stansiyasında baş elmi işçi kimi başlamışdır. 1989-1993-cü lilərdə “Araz” Elmi İstehsalat Birliyində elmi işçi, 1993-1996-cı illərdə Naxçıvan MR Nazirlər Kabineti yanında Baytarlıq Komitəsində şöbə müdiri, 1996-2000-ci illərdə Naxçıvan Şəhər Baytarlıq İdarəsinin rəisi, 2000-2006-cı illərdə Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İdarəsində baş mütəxəssis işləmişdir. 2006-cı ildən Naxçıvan MR Dövlət Baytarlıq Xidmətinin Naxçıvan Şəhər Baytarlıq İdarəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Baytarlıq təbabəti kafedrasında 0,5 ştat vahidində pedaqoji fəaliyyətə başlayıb. 2018-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi adı almaq üçün “Naxçıvan MR-ın iksodofaunası” mövzusunda dissertasiya işi müdafiə etmişdir.
2013-cü ildən Baytarlıq təbabəti kafedrasında baytarlıq ixtisası üzrə təhsil alan tələbələrə “Kənd təsərrüfatı heyvanlarının patoloji anatomiyası, yarma və baytarlıq-məhkəmə ekspertizası” və “Heyvanların patoloji fiziologiyası” fənnlərini tədris edir. Haliyədə Baytarlıq təbabəti kafedrasının baş müəllimidir.
Dərc olunmuş elmi əsərləri
- Naxçıvan MR-də iksodofauna və kənd təsərrüfatı heyvanlarının yoluxma vəziyyəti// Azərbaycan Aqrar Elmi jurnalı. 2004, N:1-3, s157-158.
- Naxçıvan Muxtar Respublikasında quşların iksodofaunasına dair araşdırmalar və onun nəticələri // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2006, N: 3, s.79-81.
- Naxçıvan Muxtar Respublikasının iksodofaunasında dominant gənə növləri və onların yayılması/ Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və prespektivlər beynəlxalq konfransının materialları (23-24may). Naxçıvan: Qeyrət, 2014, s. 115-119.
- Hl. asiaticum növ iksodid gənələrinin mövsümü parazitliketmə müddətlərinin hərəkət dinamikası/ Kənd təsərrüfatının inkişafı: reallıq və prespektivlər beynəlxalq konfransının materialları (15-16 may) Naxçıvan: Qeyrət, 2015, s. 44-46.
- Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı heyvanlarının Rh. Bursa növ gənələrlə yoluxması // AMEA Naxçıvan Bölməsi Xəbərləri. Təbiət və texniki elmlər seriyası, 2015, Cild II, N:2, s. 239-244.
- Naxçıvan Muxtar Respublikasında Ixodidae gənələrinin coğrafi qurşaqlar üzrə yayılması və onların parazitliketmə müddətlərinin mövsümdən asılılığı// AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Təbiət və texnikielmlər seriyası, 2017, Cild 13, N: 2, s. 233-237.
- Фауна иксодовых клещей и ее роль в передаче кровепаразитарных болезней крупного рогатого скота// Журнал Аграрная наука. Москва, 2017, N: 2, с. 206.
- Фауна иксодовых клещей и ее роль в передаче кровепаразитарных болезней овец в условиях Нахчыванской АР/ Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri beynəlxalq elmi konfransının materialları (04-05may). Gəncə: Gəncə Dövlət Universitetinin nəşriyyatı, 2018, II hissə, s. 272-275.
- О распространение иксодовых клешей вида Dermacentor marginatus Şulze 1776 в Нахчыванской Автономной Республике// Журнал известия
высщих учебных заведений Поволжский регион естественные науки. Издательство Пензенского государственного университета. 2018, N: 1 (21), с. 11-18.
- Qan-parazitar xəstəliklərinin ətin keyfiyyətinə təsiri// NDU Elmi əsərlər, Təbiət və tibb elmləri seriyası, Naxçıvan, NDU, “Qeyrət”-2018, N:7 (96) s.-271-273.
- Naxçıvan MR-də iribuynuzlu heyvanların piroplazmidozları və onların yayılma yolları/ Aqrar sahənin inkişaf istiqamətləri mövzusunda respublika elmi konfransının materialları 8 aprel 2019-cu il, NDU, “Qeyrət” nəşriyyatı, 2019, s. 164-166.