Müəllimlərin yubileyinin qeyd olunması ənənəsi davam etdirilir

Müəllimlərin yubileyinin qeyd olunması ənənəsi davam etdirilir

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin baş müəllimi Malik Əliyevin 70, Təməl tibb fənləri kafedrasının dosenti Südabə Həsənovanın isə 60 illik yubileyi qeyd edilib.

          Bu münasibətlə keçirilən tədbirdə ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev  qeyd edib ki, muxtar respublikada bütün sahələrlə yanaşı, səhiyyə sistemi, həkimlər də daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Diqqətə çatdırılıb ki, universitetdə  bele savadlı mütəxəsislərin fəaliyyət göstərməsi, tibbi kadrların hazırlanması universitetin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, hər iki müəllim səhiyyə sisteminə və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib. Rektor yubilyarları təbrik edərək, onlara universitetin fəxri fərmanını və gül dəstəsini təqdim edib.

Tibb fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dosent Elsevər Əsədov yubilyarlar haqqında iştirakçıları məlumatlandırıb. Qeyd edilib ki, hər iki müəllim kollektiv münasibətlərdə daim ön sıralarda olub, tələbələrin sevgisini qazanıblar. Elsevər Əsədov yubilyarları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

          Təməl tibb fənləri kafedrasının müdiri, tibb üzrə fələsəfə doktoru İlhamə Mustafayeva yubilyarların ünvanına xoş sözlər səsləndirərək, onları təbrik edib, hər iki müəllimə uzun ömür can sağlığı arzulayıb.

Ümumi təbabət və klinik fənlər kafedrasının professoru İsa Abdullayev çıxışı zamanı  səbəbkarlarla birlikdə yaddaqalan xatirələrini bölüşüb, hər iki yubilyarın işlərindəki məsuliyyətlərindən söz açıb. İsa Abdullayev müəllimləri təbrik edərək, onlara sağlam həyat, nəaliyyətlərində uğurlar arzu edib.

Daha sonra yubileyi qeyd edilən müəllimlərin məzun tələbələrinin video təbriklərinə baxış olub, yubilyarlara hədiyyələr təqdim edilib.

           Sonda yubilyarlar çıxış edərək, tədbirin baş tutmasında əməyi keçənlərə və xoş sözlərə görə minnətdarlıqlarını ifadə ediblər.

Leave a Reply

Your email address will not be published.