Maliyyə şöbəsi

Mühasibatlıq ali məktəbin yarandığı 1967-ci ildən  fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetinin  “Maliyyə  uçotu” şöbəsi Universitetin əsas struktur bölmələrindən biri olub müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini, uçotun təşkili və aparılmasını həyata keçirir.

Maliyyə və uçot şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Təhsil Nazirliyinin, Maliyyə Nazirliyinin normativ xarakterli aktlarını, Universitetin Nizamnaməsini “Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi”ni və bu  əsasnaməni rəhbər tutur.

Maliyyə və mühasibat şöbəsidə büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara uyğun uçot işləri aparılır. Universitetin mühasibatlığı xərclər smetalarının icrasına, müəssisələr arası hesablamalara, pul vəsaitlərinin və maddi qiymətlilərin saxlanılmasına, öhtəliklərin icrasına və digər maliyyə-təsərrüfat faktlarının düzgünlüyünə daimi nəzarəti təmin edir. Büdcə və xüsusi vəsaitlər üzrə xərclər smetalarının, elmi-tədqiqat labaratoriyasının xərclər smetasının və digər büdcədənkənar vəsaitlərin mühasibat uçotu “Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatlarda mühasibat uçotunun hesablar planı və onun tətbiqinə dair məlumat”a uyğun olaraq vahid balansda aparılır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 05 nömrəli 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş “Büdcə təşkilatları üçün Milli Mühasibat uçotu standartları”na uyğun hesabatlar təqdim olunur.

Maliyyə və mühasibat şöbəsi professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə və tələbələrə əmək haqqı və təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlığını və dəqiqliyini yüksək səviyyədə aparır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi universitetdə səmərəli tətbiq olunur. Respublikada İKT-nin inkişafını nəzərə alaraq Universitetdə maliyyə və mühasibatlıq hesabatlarının avtomatlaşdırılması məqsədilə milli mühasibat uçotu standartları əsasında hazırlanmasını və informasiya sistemini tətbiq edir.

Universitet tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarını mühasibat uçotu hesabında əks etdirir.

Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını yerinə yetirir.

Maliyyə, hesabat və kredit əməliyyatlarının, Universitetin    maliyyə-təsərrüfat fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu  aparır.

İlkin mühasibat sənədlərini, hesablaşmaları və ödəniş öhdəliklərini əmək haqqı fondunun sərf olunmasını, rəhbərliklə birgə vəzifə maaşlarının təyin edilməsini, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşması işlərini yerinə yetirir. Dövlət Sosial Müdafiə Fonduna ayırmaların hesablanıb vaxtında  köçürülməsini təşkil edir.

Rüblük, illik maliyyə hesabatlarını tərtib edir və Azərbaycan Respublikası Maliyyə və Təhsil Nazirliklərinin müəyyən  etdiyi qaydada və müddətlərdə öz fəaliyyətinin nəticələri barədə aidiyyatı orqanlara hesabat verir.

Mühasibatlıq ən müasir texnoloji avadanlıqlarla  təchiz  olunmuşdur.

1 Novruzov Vüsal Xeybər oğlu Şöbə müdiri -Baş mühasib
2 Abbasov Həsən Saleh oğlu Aparıcı mühasib
3 Vəliyeva Yazgül Heydər qızı Aparıcı mühasib
4 Quluzadə Təhmasib Cəlalı oğlu Aparıcı mühasib
5 Haqverdiyeva Tavat Vəli qızı Aparıcı mühasib
6 Məmmədov Cəmil Mikayıl oğlu Aparıcı mühasib
7 Təhməzbəyova Elmira Nadir qızı Mühasib
8 Hüseynova Əfsanə Cəlil qızı Proqramçı mühasib
9 Rəhimova Nuray Məmmədəli qızı Proqramçı mühasib

 

İş tel: (+994)36 545-44-95

(+994) 36 544-08-61 daxili (1120)

Е-mail:  muhasibatliq@ndu.edu.az