Murad Rüstəmov Azər oğlu

Murad Rüstəmov Azər oğlu 1990-ci ildə Naxçıvan MR. Naxçıvan şəhərində anadan olmuşam. 1996-cı ildə 3 sayılı məktəbin 1-ci sinfinə daxil olmuşam. 2007-ci ildə E.Sultanov adına məktəbin XI sinfini bitirmişəm. 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasınının siyasi idarəetmə fakültəsinin Politologiya ixtisasına daxil olmuşam. 2011-ci ildə həmin akademiyanı bitirib, 2011-2012ci illərdə hərbi xidmətdə olmuşam. 2012 – 2014-сü illər arasında XİN-də işləmişəm və 1 il (2016- 2017) Naxçıvan Universitetində pedoqoji fəaliyyət ilə məşğul ollmuşam. 2017-ci ildən Optimal Qrup MMC-də direktor vəzifəsində və 2020-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim işləyirəm. 2021-ci ildən Naxçıvan Dövlət Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura pilləsində təhsilimi davam etdirirəm.