“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Şəhərində Dövlət Bayrağı Muzeyində olublar

“Muzey günləri” çərçivəsində Naxçıvan Dövlət Universitetinin kollektivi Naxçıvan Şəhərində Dövlət Bayrağı Muzeyində olublar

Muzeyin bələdçisi ziyarətçilərə məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust sərəncamı ilə “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılması haqqında” Sərəncamına əsasən Naxçıvan Şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb. Unikal quruluşa malik Bayraq Muzeyində Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur. Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, qədim pul nişanlarının fotoşəkilləri muzeyin ekspozisiyasında yerləşdirilib.

Qeyd edilib ki, Ali Məclisin Sədri Azərbaycan Respublikasının dövlət himninin mətninin və dövlət gerbinin təsvir olunduğu xatirə hədiyyələrini muzeyə təqdim edib. Muzey dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.