Nəcəfov Elşən Tarqulu oğlu
23 aprel 1978-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1985-ci ildən Babək rayonunun Nehrəm kənd orta məktəbində təhsil almağa başlamış 1995-ci ildə həmin məktəbi bitirmişdir. Ali təhsil almaq üçün Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olmuş 1999-cu ildə həmin ali məktəbi bitirib zabit kimi hərbi xidmətə başlamışdır. 2001-ci ildən müxtəlif dövlət təşkilatlarında və müəssisələrində çalışmışdır. 2022-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim vəzifəsində çalışır Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 2 övladı var.
Dərc olunmuş elmi əsərlər
- Nəcəfov Sürücülük vəsiqəsi imtahanlarına hazırlaşanlar üçün izahlı vəsait. Bakı 2019. 220 s
- Nəcəfov Avtomobil Bakı 2019. 136 s
- E.Nəcəfov Neft emalından alınan avtomobil yanacaqlarının ekspertizası. Metodik vəsait. Naxçıvan 2022. 82 s.