NAİLƏ ADƏM QIZI QARDAŞBƏYOVA
Fizika üzrə fəlsəfə doktoru, dosent
E-mail: naileqardashbeyova@gmail.com
1961-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. 1978-ci ildə Naxçıvan şəhərində orta məktəbi bitirmişdir. 1978-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsinin yarımkeçiricilər və dielektriklər ixtisasına qəbul olunmuşdur. 1983-cü ildə Universiteti bitirmişdir. 1997-ci ildə Naxçıvan Dövlət Universitetində baş laborant vəzifəsində işləmişdir. 1999-cu ildə Naxçıvan Dövlət Universitetinin aspirantura şöbəsinə dissertant kimi qəbul olunmuşdur. 2002-ci ildə “Kənar yüklü dislokasiyalı kristallarda rekombinasiya prosesləri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmlər namizədi adına layiq görülmüşdür. 2003-ildə Ümumi və nəzəri fizika kafedrasında müəllim vəzifəsinə, 2007-ci ildə dosent vəzifəsinə təyin edilmişdir.