
Nakhchivan State University-A door to the international world
NDU Elmi Kitabxanasında Nakhchivan State University-a door to the international world (Naxçıvan Dövlət Universiteti-Beynəlxalq aləmə açılan qapı) mövzusunda dəyirmi masa keçirilib. Dəyirmi masanın növbəti qonağı Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə olub.
Dəyirmi masada Erasmus+ proqramı çərçivəsində Türkiyənin Çankırı Universiteti ilə yaradılan əlaqələrdən, ikili diplom layihələrindən, universitetin beynəlxalq əməkdaşlıq münasibətlərindən və tələbələrin xaricdə təhsil alma imkanlarından söz açılıb. Eyni zamanda Aidə Cəlilzadə ali təhsil müəssisəsində IELTS və SAT qeydiyyat və imtahan mərkəzinin fəaliyyətini şagird və tələbələrin həm hazırlıq, həm də İngilis dili bacarıqlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Qeyd edək ki, ingilisdilli Beynəlxalq münasibətlər, Tibb, İqtisadiyyat, Kompüter mühəndisliyi ixtisaslarında təhsil alan tələbələrin iştirak etdiyi tədbir qarşılıqlı müzakirə şəklində davam edib, iştirakçıların sualları cavablandırılıb.