“Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda  tədbir keçirilib

“Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda  tədbir keçirilib

Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublika Prokurorluğu və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə vətəndaşlıq borcumuzdur” mövzusunda  tədbir keçirilib.

     Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş   “Narkotik   vasitələrin,  psixotrop   maddələrin  və  onların  prekursorlarının dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə  dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində cəmiyyətin xüsusilə gəncələrin bu mövzuda maariflanməsi məqsədi daşıyır.

      Tədbirdə Naxçıvan MR Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov, Naxçıvan Dövlət Universitetinin Magistratura və doktorantura mərkəzinin direktoru, psixologiya üzrə fəlsəfə  doktoru Çapay Quliyev və Naxçıvan MR Psixi Xəstəliklər Dispanserinin Narkologiya şöbəsinin müdiri, həkim-narkoloq Azad Şükürlü çıxış edib, tələbə-gəncləri maraqlandıran suallar cavablandırılıb.

Leave a Reply

Your email address will not be published.