Naxçıan Dövlət Universiteti IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə imtahan keçirilib

Naxçıan Dövlət Universiteti IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə imtahan keçirilib

Naxçıvan Dövlət Universiteti Xarici Dillər fakültəsində yaradılan IELTS qeydiyyat və imtahan mərkəzində ilk dəfə olaraq imtahan keçirilib. Həm General IELTS, hem de akademik IELTS olaraq nəzərdə tutulan imtahanda 12-yə yaxın nəfərin akademik IELTS bacarıqları qiymətləndirilib. Namizədlər iyun ayının 2-də IELTS danışıq imtahanında iştirak edib, 1 gün sonra onların dinləmə, oxu və yazı bacarıqları qiymətləndirilib.

İmtahanda oxuma və dinləmə prosesində suallarının tərtib edilməsini, yazı və danışıq mərhələsində sualların hazırlanmasını Britaniya Şurası həyata keçirib.

Məlumat üçün onu da bildirək ki, mərkəz Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq NDU-da yaradılıb və qeydiyyat və imtahan mərkəzi olaraq fəaliyyət göstərir. Yaradılan mərkəzin məqsədi muxtar respublikada bu sahə üzrə ingilis dili bacarıqlarının qiymətləndirilməsi və namizədlərin beynəlxalq sertifikatla təmin olunmasıdır. Mərkəz yaxın zamanda universitetdə ingilis dilində ixtisasların sayının artmasına və qeyri-ixtisaslarda çalışan əməkdaşların ingilis dili bacarıqlarının qiymətləndirilməsinə öz müsbət təsirini göstərəcək. Onu da qeyd etmək yerinə düşər ki, IELTS imtahanı qlobal olaraq əksər rəsmi təşkilat və prestijli universitetlər tərəfindən qəbul edilən imtahandır. Ali təhsil ocağının qlobal rəqabətliliyini artıran belə bir mərkəzin NDU-da yaradılması universitetdə ingilisdilli təhsilin inkişafı üçün öz töhvələrini verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.