Naxçıvan ali təhsilinin tarixində ilk layihə:  tədrisi  ingilis dilində aparılacaq  “İqtisadiyyat” ixtisası açılıb

Naxçıvan ali təhsilinin tarixində ilk layihə: tədrisi ingilis dilində aparılacaq “İqtisadiyyat” ixtisası açılıb

Naxçıvan Dövlət Universisitetində tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisası açılıb. 2020-2021-ci tədris ilində ingilis dilli ixtisasa 12 yerli və 3 nəfər əcnəbi olmaqla 15 tələbə qəbul olub.

Universitetin rektoru Elbrus İsayev tələbələrlə görüşündə qeyd edib ki, ali təhsil ocağında yeni yaradılmış və tədrisi ingilis dilində olacaq “İqtisadiyyat” ixtisası “İqtisadiyyat və idarəetmə” fakültəsinin bazasında yaradılıb. Burada dərs deyən müəllimlər  mövcud müəllim potensilalı ilə bərabər xaricdə yüksək təhsil almış məzunlar hesabına təmin edilib. Vurğulanıb ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingillisdilli ixtisas ədəbiyyatları daxil edilib, dərs prosesi üçün auditoriyalar müəyyənləşdirilib. Tədbirdə o da diqqətə çatdırılıb ki, ali təhsil ocağının mövcud kadr potensialı, maddi-texniki bazasının verdiyi imkanlar bu sahədə uğurlu kadr hazırlığının tam mümkünlüyünü təmin edir. Universitetin gələcək strateji hədəfləri kimi beynəlxalq rəqabətlilik layihələrində səmərəli iştirakı, ikili diplom məsələləri tədrisi xarici dillərdə ixtisasların fəaliyyətə başlamasını zəruri edir. Rektor tələbələri təbrik edib, uğurlar arzulayıb, onlara hədiyyələr təqdim edib.

Qeyd edək ki, gələcəkdə müəllim və tələbələrin akademik mobillik proqramı çərçivəsində Avropa Universitetləri ilə əməkdaşlığı əsas prioritet kimi müəyyənləşdirilib. Ali təhsil ocağının mövcud imkanları gələcəkdə bu ixtisasların sayının artırılmasına tam zəmanət verir. Universitet məzunlarının karyera imkanlarının da dəyərləndirildiyi bu layihədə xarici tələbələrin də universitetdə təhsil almaq imkanlarının artacağı proqnozlaşdırılır.