Naxçıvan Dövlət Texniki Kollecində “İntibahın 20 ili” mövzusunda konfrans keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində “İntibahın 20 ili” mövzusunda konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçilməsinin 20 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində “İntibahın 20 ili” adlı konfrans keçirilib.

Konfransdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib,

Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov konfransda çıxışı zamanı qeyd edib ki, son iyirmi il Azərbaycanın dövlətçilik tarixinə dinamik və hərtərəfli inkişaf dövrü kimi həkk olunub. Ölkə həyatının bütün sahələrində böyük uğurlar, misilsiz və qürurverici qələbələr əldə edilib. Azərbaycanın zəngin iqtisadi, siyasi və hərbi potensialı yaradılıb. Bütün bu nailiyyətlərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və möhtərəm Prezident İlham Əliyevin inamla  davam etdirdiyi uzaqgörən daxili və xarici siyasət xətti dayanır.

 Vurğulanıb ki, Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə təhsilin inkişafına kifayət qədər önəm verməsinin mahiyyətini ali siyasi rəhbərin gələcəklə bağlı mükəmməl baxışının olması şərtləndirir.

Asəf Ruşanov möhtəşəm prezidentlik dövrünün zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən Vətən müharibəsinin dayandığını diqqətə çatdırıb. “44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb” deyə çıxışda vurğulanıb. 

Sonra konfransda kollec müəllimlərinin çıxışları dinlənilib.

Leave a Reply

Your email address will not be published.