
Naxçıvan Dövlət Univeritetinin Koreya Mərkəzində təhsil alan tələbələrin məzun günü keçirilib
Ali təhsil ocağında Cənubi Koreya Mərkəzinin tələbələri üçün məzun günü təşkil edilib. Tədbirin əvvəlində Azərbaycan və Cənubi Koreyanın Dövlət Himnləri səsləndirilib. Daha sonra qabiliyyət yarışması keçirilib. Yarış çərçivəsində rəqs etmək, mahnı oxumaq, Koreya dilində nitq söyləmək, şeir oxumaq və müxtəlif nömrələr təqdim edilib.
Yarışın sonunda tədbir iştirakçılarının səsverməsi nəticəsində qaliblər müəyyənləşdirilib. Qaliblər müxtəlif hədiyyələr və sertifikatlarla mükafatlandırılıblar. Tədbirdə eyni zamanda kursu müvəffəqiyyətlə bitirənlər sertifikatla təltif ediliblər.
Qeyd edək ki, 2011-ci ildə istifadəyə verilən Cənubi Koreya Mərkəzinə yalnız universitet tələbələri deyil, Naxçıvanın istənilən bölgələrindən olan şəxslər də koreya dilini öyrənmək üçün müraciət edə bilərlər. Mərkəzdə 1 il olmaqla Koreya dili dərsləri və Koreya mədəniyyəti dərsləri keçirilir. Dərslərdə tələbələr Koreya filmləri izləmə, yemək hazırlama, milli oyunlar, milli rəqslər və milli musiqi alətlərində çalmaq kimi bir sıra təcrübələrə yiyələnə bilirlər.
