Naxçıvan Dövlət Universetində “Uçan naməlum obyektər: reallıqlar və mif” mövzusumda elmi-nəzəri seminar keçirilib

Naxçıvan Dövlət Universetində “Uçan naməlum obyektər: reallıqlar və mif” mövzusumda elmi-nəzəri seminar keçirilib

Ali təhsil müəssisəsinin Fizika-riyaziyyat fakültəsində Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika üzrə fəksəfə doktoru, dosent Qulu Həziyev tərəfindən “Uçan naməlum obyektlər: reallıqlar və mif” mövzusunda elmi -nəzəri seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov çıxış edərək elmi-nəzəri seminarın əhəmiyyətindən danışaraq və mövzunun aktuallığını vurğulayıb.

Sonra Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, uçan naməlum  obyektlər  məlum meteoroloji və ya astroloji hallarla bağlı olmayan, həmçinin təbii xarakter daşımayıb, mistifikasiya faktı aşkar edilməyən qeyri-adi obyektlərdir. Alim UNO-ların mahiyyəti, onların mövcudluğu ilə bağlı irəli sürülən fikir və fərziyyələrin tarixindən söz açıb, bu məsələnin yerdən kənar həyatın mövcudluğu ilə əlaqədar olduğunu, lakin problemin həlli ilə bağlı yekun nəticənin olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, mövzunun dərindən öyrənilməsi məqsədi daşıyan seminar universitet rəhbərliyi, rəsədxana əməkdaşları, Ümumi və nəzəri fizika kafedrasının müəllimləri və ixtisas üzrə təhsil alan tələbələrin iştirakı ilə baş tutub.

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə əlaqədar elmi məcmuələrdə və mətbuatda dərc olunan bəzi məlumatlar müzakirə olunub.

Leave a Reply

Your email address will not be published.