Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin qəbulu prosesini həyata keçirib

Naxçıvan Dövlət Universiteti əcnəbi tələbələrin qəbulu prosesini həyata keçirib

Ali təhsil ocağında xarici tələbələrin birinci kursuna və hazırlıq kurslarına qəbul prosesi yekunlaşıb. Müsahibə formatında təşkil olunan qəbul prosesi sentyabr ayının 6-dan 12-dək davam edib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin portal.edu.az səhifəsindən onlayn qeydiyyatdan keçən  türkiyəli və iranlı tələbələrlə yanaşı Sudan, Nigeriya, Pakistan Respublikası və digər xarici ölkələrdən əcnəbi tələbələr müsahibə mərhələsinə dəvət ediliblər. Müsahibədə komissiya tərəfindən tələbələrin seçdikləri ixtisaslara uyğun elmi bilikləri, dünyagörüşləri yoxlanılıb.

Qeyd edək ki, həmçinin bu mərhələdə hazırlıq kursunu bitirmiş dinləyicilərin Azərbaycan dili bilikləri də sınanılıb.

Məlumat üçün onu da bildirək ki, hazırlıq kurslarında təhsil alan əcnəbi dinləyicilər burada Azərbaycan dili, nitqin inkişafı  və seçdikləri ixtisas sahələrinə uyğun biliklərə yiyələnir, kursu bitirdikdən sonra  dil sertifikatı əldə edirlər. Dinləyicilərin öyrəndikləri biliklərin müsahibə yolu ilə yoxlanılmasından  sonra l kursa qəbul həyata keçirilir.

Leave a Reply

Your email address will not be published.