
Naxçıvan Dövlət Universiteti əməkdaşının Covid-19 virusunun müalicəsi ilə bağlı elmi məqaləsi Londonda çap olunub
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin müəllimi və Universitet xəstəxanasının həkim – oftalmoloqu Rəhmiyyə Əliyevanın “About the possibility of treatment COVID-19 with azithromycin and rifampicin” adlı elmi məqaləsi Londonda nəşr edilib. Elmi məqalə “European Research: Innovation in Science, Education and Technology” mövzusunda LXV Beynəlxalq elmi və praktik konfrans üçün nəzərdə tutulub.
Məqalədə COVID-19 xəstəliyinin azitromisin və rifampisin dərmanlarının tətbiqi ilə müalicəsinin məqsədəuyğunluğu göstərilir. Xəstəliyə yoluxmanın əsas yolları və onların aradan qaldırılması üsulu haqda ətraflı məlumat verilir. Məqalədə bu xəstəliyə yoluxmuş hər bir xəstənin müalicəsinə fərdi yanaşmanın zəruriliyi qeyd edilir.