
Naxçıvan Dövlət Universiteti 2023/2024 tədris ili üçün əcnəbi vətəndaşların qəbulunu elan edir
Naxçıvan Dövlət Universitetində təhsil almaq istəyən əcnəbi vətəndaşlar 25/05/2023-01/08/2023-cü il tarixlərində portal.edu.az internet səhifəsi üzərindən müraciət edə bilərlər.
Müraciət üçün aşağıdakı sənədlər tələb olunur:
- Bitirdiyi təhsil pilləsi üzrə attestat və ya diplomun əsli, tərcüməsi və notarius tərəfindən təsdiq olunmuş surəti (apostil)
- Keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında sənədin (sənədlərin, transkript) əsli, tərcüməsi və notarius tərəfindən təsdiq olunmuş surəti (apostil)
- Sağlamlıq (Hepatit və QİÇS) testləri haqqında arayışlar
- Beynəlxalq pasportun əsli
Qeyd:
Türkiyə Respublikası vətəndaşları üçün ÖSYM imtahan nəticəsi, İran İslam Respublikası vətəndaşları üçün isə Konkour imtahan nəticələrinin portal.edu.az veb səhifəsində “Digər sənədlər” bölməsinə yüklənməsi zəruridir.
Ətraflı məlumat üçün:
E-mail: info@ndu.edu.az