Naxçıvan Dövlət Universiteti “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı”nda təmsil olunub

Naxçıvan Dövlət Universiteti “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı”nda təmsil olunub

NDU-nun rektor müşaviri Rəcəb Cəfərli 22-24 yanvar 2024-cü il tarixlərində Bakı Biznes Universitetində Mingəçevir Dövlət Universitetinin koordinatorluğu ilə həyata keçirilən  “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminin gücləndirilməsi” Eramus+ layihəsi çərçivəsində   “Azərbaycan ali təhsil müəssisələrində sahibkarlıq ekosisteminə dair aparılmış tədqiqatın hesabat konfransı”nda iştirak edib. Konfransa Azərbaycanın 20-dən çox ali təhsil müəssisəsi, həmçinin layihə konsorsiumunun üzvləri olan İsveç, İspaniya, Portuqaliya, Estoniya və Polşanın nüfuzlu universitetlərinin nümayəndə heyəti qatılıb.

Konfransın ikinci günündə isə Avropanın tərəfdaş universitetlərindən dəvət olunan qonaqlar “Sahibkarlığın ali təhsil strategiyasına inteqrasiyası”, “Postsovet dövründə: Polşa və Estoniyada ali təhsildə sahibkarlıq”, “Sahibkarlıq kurikulumunun inkişafı: Avropanın ən yaxşı təcrübələri”, “İnnovasiyaların kommersiyalaşdırılması: sahibkarlıq fəaliyyətlərində universitetlərin üçüncü missiyası” mövzularında təqdimatlar edərək panel müzakirələrini həyata keçiriblər.

Leave a Reply

Your email address will not be published.