Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalının “Təbiət və tibb elmləri” seriyası çapdan çıxıb

Naxçıvan Dövlət Universiteti “Elmi əsərlər” jurnalının “Təbiət və tibb elmləri” seriyası çapdan çıxıb

“Elmi əsərlər” jurnalının “Təbiət və tibb elmləri” seriyası üzrə 256 səhifədən ibarət 88 müəllifin 48 elmi məqaləsi nəşr olunub ki, onların da əksəriyyəti universitet əməkdaşlarıdır. Jurnalın  bu nömrəsində Biologiya və aqrar elmlər, Kimya elmləri, Coğrafiya və Yer elmləri, Tibb elmləri adlı bölmələrdə elm və təhsil müəssisələrində çalışan əməkdaşların əldə etdiyi yeni elmi nəticələr öz əksini tapıb.

Qeyd edək ki, universitetin qarşıya qoyduğu əsas hədəflərindən biri mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik “Elmi əsərlər” jurnalının potensialından geniş istifadə etməkdir. Son illər jurnalın elm aləmində daha geniş təmsil olunması üçün nüfuzlu elmi təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur. Nəşr innovativ elmi nəticələrin əldə olunması baxımından ölkə səviyyəsində səmərəli elmi axtarışların aparılmasına etibarlı zəmin yaradır.

Məlumat üçün onu da bildirək ki, beynəlxalq elektron elmi informasiya məkanına inteqrasiya olunmaq üçün jurnalın nömrələri onlayn şəkildə universitetin rəsmi internet saytında yerləşdirilir.