Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında dəyirmi masa keçirilib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında dəyirmi masa keçirilib

NDU Elmi Kitabxanasında “Müasir gəncliyin missiyası: dövlətçilik ideyalarına inam və sədaqət” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Elmi Kitabxananın direktoru Xumar Məmmədova dövlətin gənclər üçün yaratdığı geniş imkanlardan bəhs edib. Qeyd olunub ki, gənc nəsil onlar üçün yaradılan şəraitə müvafiq olaraq özlərinin intellektual potensialının nümayiş etdirilməsində böyük uğurlara imza atırlar.

Daha sonra NDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsi olan gənclər siyasətinin əsas məqsədlərindən danışaraq müasir gəncliyin dövlətçilik ideyalarına inam və sədaqət missiyasına xidməti işindəki uğurlarından bəhs edib.

Tədbir müzakirələrlə, iştirakçıların suallarının cavablandırılması ilə davam edib.

Leave a Reply

Your email address will not be published.