Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasının kollektivi Heydər Əliyev Muzeyini ziyarət edib

Ali təhsil müəssisəsinin Elmi Kitabxanasının kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Ulu Öndərin abidəsini və Heydər Əliyev Muzeyini ziyarət edib.

Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və eksponatlarla tanış olan universitetin kollektivinə Ulu Öndərin çoxşaxəli siyasi fəaliyyəti, o cümlədən həyatının Naxçıvan mərhələsi haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, muzeydə Ulu Öndərin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunan stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid sənəd və materiallar, imzaladığı məktub, qərar, sərəncam və müqavilələrin surətləri nümayiş olunur. Muzeyin kitabxanasında görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materialları da sərgilənir.

Sonra Elmi Kitabxananın kollektivi muzeyin ekspozisiyası ilə yaxından tanış olub, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik və ictimai-siyasi fəaliyyəti barədə ətraflı məlumat əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.