Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə NDU-nun rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstana səfər ediblər.

İşgüzar səfər çərçivəsində Con Fon Neyman Universitetində Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadənin də iştirakı ilə keçirilən görüşlərdə əməkdaşlıq imkanları müzakirə edilib, Kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri,  İqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi,  Avrasiya Bilik Mərkəzi ilə birlikdə ortaq tədqiqatlar apararaq məqalə və elmi əsərlər çap edilməsi, Elm və innovasiyalar sahəsində universitetin təcrübəsinin öyrənilməsi və Erasmus+ proqramı çərçivəsində ortaq layihələrin hazırlanması istiqamətində razılıq əldə olunub.

Məlumat üçün bildirək ki, Bağçılıq və Bölgələrin İnkişafı, Mühəndislik və İnformasiya Texnologiyaları, İqtisadiyyat və Biznesin Təşkili fakültələrindən ibarət olan Con Fon Neyman Universitetinin Mühəndislik sahəsi olduqca inkişaf edib və dünyaca məşhur Mersedes Benz firması ilə sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Universitetdə eyni zamanda Bilik mərkəzləri fəaliyyət göstərir ki, bunlardan ən nüfuzlu olanları Avrasiya Mərkəzi, Müdafiə Sənayesi Mərkəzi, Animasiya Mərkəzi və Hidrogen Texnologiyaları Mərkəzidir.

Leave a Reply

Your email address will not be published.