Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Metropolitan Universiteti arasında Media, İncəsənət və Marketinq sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub

Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın Metropolitan Universiteti arasında Media, İncəsənət və Marketinq sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Dövlət Universiteti ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi, birgə proqramların təşkili məqsədilə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və rektor müşaviri Rəcəb Cəfərli Macarıstanın Metropolitan Universitetində olublar.

Universitetdə keçirilən görüşlərdə bildirilib ki, Metropolitan Universiteti Macarıstanın ən böyük özəl ali məktəbidir. Universitetdə biznes, marketinq, incəsənət, media, kommunikasiya və turizm sahələri üzrə geniş bakalavr və magistratura proqramları var. Metropolitan Universiteti UNESCO-nun Dünya İrsi departamenti ilə rəsmi qaydada əməkdaşlıq edir.

İkitərəfli görüşdə Naxçıvan Dövlət Universiteti ilə Metropolitan Universiteti arasında Media, Marketinq və İncəsənət fakültəsinin Dizayn ixtisası üzrə əməkdaşlıq haqqında razılığa gəlinib, birgə elmi-tədqiqat işlərinin hazırlanması və konfransların keçirilməsi planlaşdırılıb.

Bu əməkdaşlıq, İncəsənət sahəsində beynəlxalq səviyyədə inkişaf edən dizayn təcrübələrini birləşdirərək tələbələr və tədqiqatçılar üçün unikal imkanlar yaradacaq.

Leave a Reply

Your email address will not be published.