Naxçıvan   Dövlət   Universiteti   İncəsənət   fakültəsinin   dekanı Ukraynanın Dnepr şəhərində  keçirilən konfransda  elmi məqalə ilə çıxış edib.

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı Ukraynanın Dnepr şəhərində keçirilən konfransda elmi məqalə ilə çıxış edib.

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin dekanı, NaxçıvanMuxtar Respublikasının Əməkdar Rəssamı Cavid İsmayılov 2020-ci il 27-28 mart tarixində Ukraynanın Dnepr şəhərində keçirilən “Dəyişən dünyada təhsil və elm:problemlər, perspektivlər, inkişaf” adlı konfransda “Ordubad memarlıq abidələrinin ornamental xüsusiyyətləri” adlı elmi məqaləsi ilə çıxış edib. Qeyd edək ki, elmi konfrans Ukrayna Təhsil və Elm Nazirliyi, Orta Şərq texnikiUniversiteti (Türkiyə), Ka-Foscari Universiteti (Ca Foscari, İtaliya) , Ukrayna Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutu, M.P.Dragomonov Milli PedaqojiUniversiteti və Oles Honchar Dnipro Milli Universitetinin təşkilatçılığı ilə baş tutub.