Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllim və tələbələri Batabat yaylağında etüd təşkil ediblər

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsinin müəllim və tələbələri Batabat yaylağında etüd təşkil ediblər

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Təsviri incəsənət kafedrasının müəllim və tələbə heyəti muxtar respublikanın dilbər guşəsi olan Batabat yaylağında etüddə olublar. Yaradıcılıq üçün əvəzolunmaz mərhələ hesab olunan  etüdün əsas məqsədi tələbələrin təbiətlə yaradıcı təmas qurması, naturadan rəsm çəkmək və müxtəlif rəsm əsərləri üzərində işləmək vərdişlərinə yiyələnməsi, həmçinin  rəssamlıq texnikasını təkmilləşdirilməsidir.

Rəngkarlıq və  Təsviri incəsənət müəllimliyi ixtisası tələbələrinin  iştirak etdiyi etüddə yağlı boya, sulu boya, pastel, akril kimi müftəlif texnikalarla Naxçıvan təbiətinin gözəllikləri  kətan üzərinə köçürülüb.

Leave a Reply

Your email address will not be published.