Naxçıvan Dövlət Universiteti Magistratura mərkəzində “Müasir yanaşma: yeni ideyaların axtarışında” mövzusunda Elmi-nəzəri seminar keçirilib
Tədbiri giriş sözü ilə Magistratura mərkəzinin direktoru Etibar Məmmədov açaraq müasir dövrdə magistr təhsilinin əhəmiyyətindən və seminarın mahiyyətindən danışıb. Qeyd edilib ki, tədbirin məqsədi ikinci kurs magistrantların öz sahələri üzrə bir illik təcrübələrini bölüşməyi və birinci kurslarda motivasiyanı yüksəltmək, verilən imkanlardan maksimum yararlanmanı təmin etməkdir.
“Yaradıcılıq və innovativ düşüncə psixologiyası” mövzusunda pedoqogika və psixologiya kafedrasının dosenti Salatın Hacıyeva çıxış edərək ətraflı məlumat verib.
“İqtisadiyyatın tənzimlənməsi” ixtisaslaşması üzrə I kurs magistrant, Tələbə Gənclər Təşkilatının sədr müavini Məhərrəm Həsənovun “Gənclərdə yeni innovativ düşüncələrin formalaşması”, “İngilis dili” ixtisaslaşması II kurs magistrantı Lalə Rzayevanın “Xarici dilə yiyələnmənin üstünlükləri”, “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisaslaşması II kurs magistrant Ləman Cəfərlinin “Qloballaşmanın akademik həyatımıza praktiki tətbiqi”, “İnformatika fənninin tədrisi metodikası” ixtisaslaşması II kurs magistrant Leyla İbrahimovanın “Texnologiyanın akademik fəaliyyətimizə müsbət təsiri”, “Pedoqogikanın tarixi və nəzəriyyəsi” ixtisaslaşması II kurs magistrant Məryəm Rzabəylinin “Müasir pedoqoji təhsilin effektləri” mövzuları ətrafında çıxışları dinlənilib.