Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib

Naxçıvan Dövlət Universiteti Magistratura və doktorantura mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı qeyd edilib

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu öndərin və vətən uğrunda canını qurban verən igidlərin xatirəsi yad edilib.

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü getdikcə daha böyük məna və əhəmiyyət kəsb edir. Rektor hər iki bayram münasibətilə hər kəsi təbrik edib.

Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev çıxışından sonra tədbir magistrantların hazırladığı bədii proqramla davam edib. Bir-birindən gözəl musiqi nömrələri tədbiri yaddaqalan edib.

Leave a Reply

Your email address will not be published.