Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində 8 Noyabr Zəfər gününə həsr olunan intellektual bilik yarışması keçirilib

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində 8 Noyabr Zəfər gününə həsr olunan intellektual bilik yarışması keçirilib

Naxçıvan Dövlət Universitetində 8 Noyabr Zəfər günü ilə əlaqədar olaraq  fakültələrarası bilik yarışması keçirilib. Ali təhsil ocağının Memarlıq və mühəndislik fakültəsinin önündə -açıq havada keçirilən intellektual oyunda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin dekanı, professor Cavanşir Zeynalov 44 günlük zəfər tariximizə nəzər salıb. Professor bu cür bilik yarışlarının tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini vurğulayıb.

3 turdan ibarət olan intellektual yarışın I turunda Azərbaycan ədəbiyyatı və tarixi, zəfər, informatika, idman, II mərhələdə Fizika, Azərbaycan incəsənəti, 44 günlük müharibə, anatomiya, məntiq, III yəni final turunda isə Qarabağ Azərbaycandır, dünyagörüşü və NDU olmaqla hər mövzu üçün 5 sual verilib.

Bütün mərhələlər üzrə suallara tez və düzgün cavab verməklə ali təhsil ocağının Tarix-filologiya fakültəsi qalib olub. Fizika-riyaziyyat fakültəsi II, İqtisadiyyat fakültəsi isə III yeri qazanıb. Qalib və müvafiq yeri qazanan hər bir komandaya universitetin diplomu təqdim edilib.

Leave a Reply

Your email address will not be published.