Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində startap layihələrinə dair tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, Elektronika və informasiya texnologiyaları kafedrasının professoru Cavanşir Zeynalov startap layihələrin əhəmiyyətindən danışaraq qeyd edib ki, muxtar respublikada investisiya mühitini yaxşılaşdırmaq, yaradıcı düşüncəni və inkişafa xidmət edən ən yaxşı layihələri üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaq üçün startap layihələri mühüm önəm daşıyır. Dekan bildirib ki, startap hərəkatının fəal iştirakçısına çevrilən ali təhsil ocağında yeni texnologiyalar yaxından izlənilir və həmin yeniliklər tətbiq olunur.
Sonra “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə I kurs magistrantı Fuad Babayev tərəfindən tələbələrə startap nədir, startapın baza elementləri , marketinq strategiyası, komandanın düzgün qurulması, startap layihələrinin təqdim olunması, təqdimatların planlanması, çıxış hesabatlarının hazırlanması, biznes və marketinq yanaşmaları, startapın gələcək perspektivləri və digər mövzular slayd vasitəsilə izah edilib.