Naxçıvan Dövlət Universiteti müəllimi Ləman Məmmədovanın elmi məqaləsi impafaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti müəllimi Ləman Məmmədovanın elmi məqaləsi impafaktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovanın “Azərbaycan miniatürlərinin universal dili” adlı  elmi məqaləsi impafaktorlu “Beynəlxalq humanitar və təbii elmlər jurnalı”nda (“İnternational Journal of Humanities and Natural Sciences”) nəşr olunub. Məqalədə Azərbaycan miniatürlərində zəngin fəlsəfi dünyagörüşü, bədii-estetik təfəkkürü, düşüncəsi, rəsmetmədə özünəməxsus üslub və ifadə tərzlərinin peşəkarlıq səviyyəsi, tipologiyası, metod və üsulları haqda ətraflı məlumat verilib. Məqalədə həmçinin qeyd edilib ki, klassik miniatür sənətinin üslub xüsusiyyətlərindən istifadə edilməsi Azərbaycan təsviri sənətinin sonrakı inkişaf dövrlərində daha da genişlənib, boyakarlıq, qrafika, xüsusən kitab illüstrasiyası sahələrində bir sıra rəssamların yaradıcılıq axtarışları uğurlu əsərlərlə nəticələnib.