Naxçıvan Dövlət Universiteti müəllimi Rusiyada nəşr etdirdiyi elmi məqaləsində təbiətə ekoloji sənət perspektivindən yanaşıb

Naxçıvan Dövlət Universiteti Meliorasiya və Geodeziya kafedrasının müəllimi Hüseyn İmanovun “Ekoloji sənət perspektivindən təbiət” adlı elmi məqaləsi Rusiyanın Penza şəhərində nəşr olunub.

Müəllif məqalədə təbiət və incəsənət arasındakı əlaqəni araşdırıb. Bildirilib ki, təbiət hadisələri hər zaman incəsənət adamları üçün ilham mənbəyi olub. Həmçinin, məqalədə qeyd edilir ki, qlobal istiləşmə, səhralaşma kimi iqlim dəyişiklikləri heykəltəraş və rəssamların əsərlərində uğurla təsvir edilib. Bəzi rəssamlar hətta öz əsərlərində belə ətraf mühitin çirklənməsinə etiraz nümayiş etdiriliblər. Müəllif sonda belə qənaətə gəlir ki, ətraf mühitin ekoloji vəziyyətinin gərginləşməsi insan – təbiət münasibətlərinə yeni baxışlar tələb etdiyi üçün bu həlli vacib olan bir problemə nəinki ekoloqlar, ictimaiyyətin böyük bir kütləsi, həmçinin sadə adamlar xüsusi həssaslıqla yanaşmalıdırlar. Ən əsası isə odur ki, təbiətə qarşı düzgün münasibət lap kiçik yaşlarından insanlara tərbiyə edilməlidir.