Naxçıvan Dövlət Universiteti müəllimi STEM təlimində fəal iştirakına görə sertifikat əldə edib

Naxçıvan Dövlət Universiteti Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi Biologiya kafedrasının dosenti, pedaqogika elmləri doktoru Zərövşən Babayeva Beynəlxalq Scientix STEM Discovery Campaign çərçivəsində 2022-ci ilin  STEM müəllimi təlimində fəal iştirakına görə sertifikat alıb.

Təlimin məqsədi dünyada artıq təsdiqini tapmış STEM metodikasının təhsilalanlara bilikləri nəzəri olaraq deyil, məhz tətbiqi xüsusiyyətlərinin aşkarlanmasına yönəldilməsidir. Təlimdə öyrənənlərin elm, texnologiya, riyaziyyat, mühəndislik fənlərindən aldıqları bilikləri tədqiq edərək məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirməyə hədəflənməsi ətraflı müzakirə edilib.

 Qeyd edək ki, kursun təşkilatçısı və təlimçi-mütəxəssisi Scientix və STEM PD səfiri, Qabaqcıl təhsil işçisi, Tərəqqi medalı mükafatçısı, STEAM üzrə beynəlxalq sertifikasiyalı mütəxəssis Aliyə Əhmədova olub. Finlandiya, Latviya, İsrail, Türkiyə, Brüssel tərəfindən  onlayn təşkil olunan təlimdə müxtəlif fənn müəllimləri iştirak edib.