Naxçıvan Dövlət Universiteti müəllimi Ukraynda dərc etdirdiyi məqalədə milli musiqimizdən yazıb

Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi “Orkestr alətləri və dirijorluq” kafedrasının müəllimi Aidə Novruzovanın “XII-XIII əsrlərdə Azərbaycan xalqının mədəniyyətində musiqinin rolu” adlı elmi məqaləsi Ukraynada “Müasir dünyada mövcud elmi tədqiqatlar” adlı jurnalda dərc olunub. Müəllif məqalədə XII-XIII əsrlərdə Azərbaycan xalqının mədəniyyətində musiqinin necə rol oynadığından bəhs edilir. Çoxəsrlik tarixə malik olan Azərbaycan musiqi nəzəriyyəsinin yaranmasında və inkişafında böyük rolu olan XII- XIII əsrlərdə yaxın və orta Şərqin iki ən böyük alimi Səfiyəddin Urməvi və Əbdülqadir Marağayinin yaradıcılığı haqda ətraflı məlumat verilir. Məqalədə həmçinin, milli musiqimizin dəyərli incilərindən saylan muğamlarımızın özünəməxsus cəhətlərinə də nəzər salınır.