
Naxçıvan Dövlət Universiteti müəllimi Xəzər Hüseynovun elmi məqaləsi yüksək impaktfaktorlu jurnalda dərc olunub
Naxçıvan Dövlət Universiteti “Azərbaycan tarixi” kafedrasının dosenti, tarix üzrə elmlər doktoru Xəzər Hüseynovun “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı tarixindən (1991-2015)” adlı elmi məqaləsi Rumıniyanın Transylvanian Review yüksək impaktfaktorlu jurnalında dərc olunub.
Məqalədə 1991-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və məhsuldarlığı tədqiq olunur. Muxtar respublikada kənd təsərrüfatını inkişaf etdirmək və əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədilə Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən, 1992-ci il aprel ayının 6-da muxtar respublikada ilk dəfə olaraq aqrar islahatlar həyata keçirilməsi haqda ətraflı məlumat verilir. Məqalədə həmçinin, qeyd edilir ki, aqrar islahatların həyata keçirilməsi nəticəsində muxtar respublikanın kənd təsərrüfatında 1991-ci ildən başlayaraq davam edən tənəzzülə son qoyulub və ildən-ilə artım əldə edilib. Jurnalın veb saytı: http://www.transylvanianreviewjournal.com/