
Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Estoniyanın Tallin şəhərində dərc olunub
Naxçıvan Dövlət Universiteti “Biologiya” kafedrasının dosenti Zərövşən Babayevanın “Bioloji təhsilin müasir problemləri: qarşıda duran vəzifələr” adlı elmi məqaləsi Estoniyanın Tallin şəhərində II Beynəlxal elmi-praktik konfransının “SCIENCE, EDUCATION, INNOVATION: TOPICAL ISSUES AND MODERN ASPECTS”( Elm, təhsil, innovasiya: Mövzu və müasir aspektlər” – seriyasında nəşr olunub. Məqalədə bioloji təhsilin keyfiyyətinin yüksəldilməsi və müasir dünya standartları səviyyəsinə qaldırılması, modern texnologiya və proqramlardan istifadənin zərurətindən, qarşıda duran vəzifələrdən bəhs edilir. Həmçinin, artıq dünyada ixtisaslaşmış təhsilin deyil, fərdi yanaşma və müşahidə ilə öyrənənlərin dəyərləndirilməsinin ön plana çıxarılmasının əhəmiyyəti göstərilib. Məqalədə birlikdə öyrənmənin dəqiqləşdirilməsi, şərait yaratmaq, dəyişməyə hazır olmaq, gənc nəslin təkmilləşməsi, yeni dünyaya hazırlanması, fərqli formata istiqamətləndirilməsi tövsiyə edilir.