Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi impakt faktorlu jurnalda nəşr olunub

Naxçıvan Dövlət Universiteti Təsviri incəsənət kafedrasının baş müəllimi Ləman Məmmədovanın “İncəsənətdə bədiilik problemi” adlı elmi məqaləsi Moskvada impakt faktorlu “Научно Методический Журнал Проблемы Науки”  jurnalında nəşr olunub. Məqalədə incəsənətdə bədiilik problemi, onun metod və üsulları şərh edilib. Qeyd olunub ki, bədiilik mürəkkəb və çoxaspektli fenomendir. Müasir dünyada bədiilik fenomeni anlamında böyük dəyişikliklər baş verir. Məqalədə həmçinin bildirilib ki, müasir təsviri sənətin inkişafı çox sayda müxtəlif istiqamətlərin, cərəyanların, bədii prinsiplərin mövcudluğu ilə xarakterizə olunur. Bu istiqamətlər isə performans, instalyasiya, minimalizmin konseptual incəsənəti adlı “aktual” incəsənətlə təqdim olunur.