Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Moskva şəhərində dərc olunub
Naxçıvan Dövlət Universiteti “İnformatika” kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Vüqar Salmanovun “İnformasiyanın etibarlığının artırılması üsulları” mövzusunda elmi məqaləsi Moskva şəhərində nəşr olunan “Chronos: естественные и технические науки” (Xronos: Təbiət və Texniki Elmlər) jurnalında dərc edilib.
Məqalədə qeyd edilir ki, informasiyanın etibarlılığı informasiyanın real həyat obyektlərini lazımi dəqiqliklə əks etdirmə xüsusiyyətidir. Belə ki, sınaq avtomatlaşdırma sistemlərinin müasir şəbəkə arxitekturalarında informasiyanın etibarlılığının artırılması sahəsində əsas problem “real” zaman sistemləri üçün etibarlılığın artırılması probleminin həllinə yönəlmiş metodların yaradılmasıdır. Məqalədə təsadüfi ədədlər generatorunun istifadəsinə əsasında şərtsiz dayanıqlı kodlaşdırma üsulları qurmaq üçün istifadə olunan əsas yanaşmalar tədqiq olunur. Həmçinin, müəllif göstərilən xüsusiyyətləri özündə əks etdirən generator qurmaq üsulu təklif edir.