Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Norveçdə dərc olunub
Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin elmi məqaləsi Norveçın paytaxtı Oslo şəhərində “Norveç inkişaf və elm jurnalı”nda (Norwegian Journal of Development and Science) nəşr olunub. “Dilin danışıq layının üslubi imkanları” (Stylistic opportunities of colloquial layer of the language) adlı məqalənin dərc olunduğu jurnal dünyanın ən nüfuzlu beynəlxalq indeksləmə bazasında yer alan Copernicus, Journal Factor, Calameo, GIF, Cosmos, Cite Factor və digər sistemlərdə qeydiyyatdadır. Jurnal həmçinin Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının tövsiyyə etdiyi ən nüfuzlu 6 beynəlxalq xülasələndirmə sistemindən birinə Copernicus-a daxildir. Müəllif məqalədə dilin danışıq layının üslub imkanlarından bəhs edir. Bildirilir ki, dilin danışıq layına jarqonlar idiomlar slenqlər atalar sözləri və qısaltmalar aiddir. Onlar burada – perifraza, antimetabola, metalepsis, ellipsis, prozopopeya və digər bu kimi müxtəlib üslub və ifadə vasitələri yaradırlar ki, bu da məqalədə öz əksini tapır.