Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Polşada nəşr olunub
Naxçıvan Dövlət Universiteti Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyevin “Gənclərin fiziki tərbiyəsində təlim məşq prosesinin əsasları və əhəmiyyəti” adlı elmi məqaləsi Polşada “Müasir elmi çağırışlar və meyllər” (Modern Scientific Challenges and Trends) adlı elmi jurnalda dərc olunub.
Müəllif məqalədə məşq prosesini düzgün keçirməkdən ötrü bioloji elmlərin, ilk növbədə bədən tərbiyəsinin elmi, təbii əsası olan idman fiziologiyasının əhəmiyyəti, gənc idmançıların təlim-məşq prosesində məşqçinin didaktik prinsiplərə nəzər salaraq öyrətməsindən bəhs edir. Qeyd edilir ki, ümumi gimnastika hazırlığının qarşısına qoyulan əsas vəzifə idman gimnastikasının əvvəlcə sadə, daha sonra mürəkkəb olan eyni tipli hərəkətlərinin mənimsənilməsi və gimnastika hərəkətləri texnikasının əsaslarına yiyələnməkdən ibarətdir.
Məqalədə həmçinin məşqçinin qabaqcil iş təcrübəsini ümumiləşdirmək yolu ilə, idmanın texnikasının təkmilləşdirilməsinə, bu texnikanı mənimsətmək prosesinin sürətləndirilməsinə nail ola bilməsi də öz əksini tapıb.