Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub
Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının müdiri Cavid Babayevin elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı“ (European Scientific Conference) jurnalında nəşr olunub. “Şəxsiyyətləşdirmə və onun digər oxşar stilistik vasitələrdən fərqi” (“Personification and its difference from other similar stylistic devices” ) adlı elmi məqalədə ən çox istifadə olunan leksik üslubi vasitələrdən biri olan personifikasiyanın incə məqamlarından bəhs olunur. Məcazın bir növü kimi personifikasiyanın insan keyfiyyət və xüsusiyyətlərinin cansız cisimlər üzərinə köçürülməsi olduğunu qeyd edən müəllif tədqiqat əsərində personifikasiyanın təqliddən, antropomorfizmdən, zoomorfizm, təşbeh və metonimiyadan fərqi xüsusiyyətlərini araşdırıb.