Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Rusiyanın Penza şəhərində dərc olunub

Naxçıvan Dövlət Universiteti İngilis dili və metodika kafedrasının baş müəllimi Türkan İsmayıllının elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı“ (European Scientific Conference) jurnalında nəşr olunub. Müəllif məqalədə dilçiliyin yeni bir sahəsi olan koqnitiv dilçilik yanaşması ilə dilin geniş kateqoriyalarından biri afirmativliyin danışıq dilində vurğulanması yollarından bəhs edib. Qeyd edilib ki, son illər dilin işlənməsi və dildə məlumatın yaranması, saxlanması və ötürülməsi proseslərinin üfüqləri koqnitiv elminin inkişafı sayəsində genişlənməyə başlayıb. Müəllif həmçinin məqalədə hər iki dilçilik sahəsinin əsas anlayışları və perspektivləri haqda məlumat verib.