Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi Rusiyanın Penza şəhərində nəşr olunub
Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsi “İngilis dili və metodika” kafedrasının müdiri Cavid Babayevin elmi məqaləsi Rusiyanın Penza şəhərində “Avropa Elmi Konfransı” (“European Scientific Conference”) adlı jurnalda dərc olunub. “Söz sırasına əsaslanan stilistik cihazlar” adlı elmi məqalədə söz sırası dəyişimi əsasında yaranan üslub vasitələrindən bəhs olunub. Burada inversiyaya əsaslanan üslub vasitələri kimi anadiplozis, kiazmus, antimetabol bir-bir biri ilə müqayisə edilib və onlar arasında fərqli cəhətlər vurğulanıb. Məqalədə həmçinin, qrammatik və üslubi inversiya arasındakı fərqə də aydınlıq gətirilib.