Naxçıvan Dövlət Universiteti müəlliminin “Muxtariyyət dövründə Naxçıvanda təhsilin inkişafı” adlı elmi məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti “Pedaqogika və psixologiya “ kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Taleh Xəlilovun “Muxtariyyət dövründə Naxçıvanda təhsilin inkişafı” adlı elmi məqaləsi Uşinski adına Cənubi Ukrayna Milli Pedaqoji Universitetində nəşr olunan “Elm və təhsil” (“Science and Education”) adlı yüksək impakt faktorlu jurnalda çap olunub.

Məqalədə muxtariyyət dövründə Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrinin, ümumtəhsil məktəblərinin və məktəbdənkənar təhsil müəssisələrinin tarixi araşdırılıb, illər üzrə müqayisəli təhlillər aparılıb.