Naxçıvan Dövlət Universiteti müəllimlərinin birgə yazdıqları elmi məqalə Rusiyada nəşr olunub
Naxçıvan Dövlət Universiteti Dünya iqtisadiyatı və menecment kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımov, İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əşrəf Ələkbərovun həmmüəllifi olduqları “İstehsal müəssislərində idarəetmənin təşkili məsələləri” adlı elmi məqalə Rusiyanın Volqoqrad şəhərində Beynəlxalq Elmi Jurnalda çap olunub. Müəlliflər məqalədə bazar münasibətləri şəraitində menecment xüsusiyyətlərini araşdırıb, onların müasir dövr üzrə xüsusiyyətlərinə nəzər salıblar. Həmçinin qeyd olunub ki, idaretmə daha çox fəaliyyət növü olmaq etibarı ilə insanların, əmək ehtiyatlarının hələ qədimdən düşünüb ortaya qoyduqları və faydalılıqla istifadə etdikləri münasibət formalarıdır. Eyni zamanda məqalədə idarəetmə cəmiyyətin bütün sahələrini əhatə edən çoxcəhətli bir proses olaraq nəzərdən keçirilib. Müəlliflər sonda müasir iqtisadi şəraitdə idarəetmə keyfiyyətlərinin məqsədyönlü istifadə olunmasını davamlı iqtisadi artımın hərəkətverici qüvvəsi olaraq əsaslandırıblar.