Naxçıvan Dövlət Universiteti müəllimlərinin birgə yazdıqları elmi məqalə Ukraynada məşr olunub

Naxçıvan Dövlət Universiteti Bədən tərbiyəsi və idman kafedrasının müdiri Əvəz Tağıyevin həmin kafedranın baş müəllimi Kifayət Hüseynova ilə birgə yazdığı “İdmançıların məşqetmə dərəcəsi, yorulma və bərpa proseslərinin sinir sistemi tərəfindən tənzimlənməsi” adlı elmi məqaləsi Ukraynada “Müasir dünyada mövcud elmi tədqiqatlar” adlı jurnalda dərc olunub.

Məqalədə müəlliflər idmançıların məşqetmə dərəcəsindən, müntəzəm məşq prosesi zamanı orqanizmin yorulması və bərpasından bəhs edir. Həmçinin ağır yarışlardan sonra yorulan idmançıların gərginliyini azaltmaq üçün etdiyi qaydalar haqda məlumat verilir. Məqalədə vurğulanır ki, idmançı məşq etdiyi zamana diqqət etməli və bilməlidir ki, həddindən artıq məşq prosesi sinir sistemini pozar, iş qabiliyyətini azaltmaqla fiziki yükü artırar. Məqalədə məşqçilərin bütün məşq boyu idmançıları nəzarətdə saxlamalı olduğu məsələlərə də aydınlıq gətirilib.