Naxçıvan Dövlət Universiteti müəllimlərinin elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti müəllimlərinin elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti Nəqliyyat və İnformasiya texnologiyaları kafedrasının professoru Cavanşir Zeynalov və həmin kafedranın dissertantı Rüstəm Məmmədovun “Rikatti matris – diferensial tənliyinin həllinə neyron şəbəkələrin tətbiqi” adlı elmi məqaləsi Rusiyanın nüfuzlu “Eurasian Union of Scientists” jurnalında çap olunub.

Məqalədə neyron şəbəkələrin təbiqi ilə Rikatti tənliyinin müxtəlif üsullarla həll yolu olduğu irəli sürülür. Məlum alqoritmlərin köməyi ilə məsələni həll etdikdə müəyyən xətaların ortaya çıxdığına görə belə məsələləri neyron şəbəkələrin köməyi ilə həll edilməsi məqsədəuyğun hesab edilir.  Qeyd edilir ki, bunun üçün çoxsaylı neyron şəbəkə seçilir və öyrətmə prosesi aparılır. Beləliklə, giriş çıxış dəyişənləri əldə olunduqdan sonra məlum proqram paketlərindən istifadə edərək neyron şəbəkə qurulur və məsələnin təqribi həllinə nail olunur. Məqalədə giriş qiymətini artırmaqla təqribi həlldəki xətaların azaldılmasından bəhs olunur.

Məlumat üçün bildirək ki, jurnal Rusiyada çap olunur və 9 adda beynəlxalq elmi indeksləşmə bazalarına, o cümlədən Global İmpact Factor elmi indeksləşmə bazasına daxildir.