Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər təşkilatının daha bir uğurlu təşəbbüsü – “Tələbədən şagirdə” adlı kitab aksiyası

Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər təşkilatının daha bir uğurlu təşəbbüsü – “Tələbədən şagirdə” adlı kitab aksiyası

Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Tələbədən şagirdə” adlı kitab aksiyası keçirilib. Tədbiri giriş sözü ilə açan YAP Universitet Şəhərciyi Ərazi ilk Partiya Təşkilatının sədri Arzu Abdullayev tələbə təşkilatlarının daha bir uğurlu fəaliyyətindən söz açıb. Bildirilib ki, gəncləri ətrafında sıx birləşdirən bu layihələr tələbələrin bacarıqlarının, dünyagörüşlərinin qiymətləndirilməsi baxımından çox önəmlidir.

Layihə haqda məlumat verən Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov qeyd edib ki, təqdim olunan layihənin əsas məsədi ali məktəbələrə qəbul olan abituriyentlərə dəstək məqsədi daşıyır. Belə ki, ali məktəbə qəbul olan tələbələr abituriyent dövründə istifadə etdiklər dərs vəsaitləri, test proqramları və tədrisə köməkçi müxətlif vasitələrini tələbə olmaq istəyən şagirdlərə təqdim edir. Vurğulanıb ki, tələbələrin könüllü olaraq qatıldığı bu layihə hər ay həyata keçiriləcək.

Elmi kitabxananın direktoru Fariz Əhmədov tələbələrin bu cür təşəbbüsünü təqdir edərək kitabxananın bu istiqamətdə görəcəyi işləri də xüsusi olaraq qeyd edib.

Sonda aksiyanın iştirakçısı olan tələbələr öz vəsaitlərini könüllü olaraq kitabxanaya təqdim ediblər.